Paşha Bank

Ночной режим

ВСЕ НОВОСТИ
Bank Of Baku

Azərbaycanda bank depozitlərinin həcmi son bir ildə 16% artıb

Azərbaycanda bank depozitlərinin həcmi son bir ildə 16% artıb
# 03 июня 2013 12:38 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü il mayın 1-nə 11 405,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 535,3 mln. manat və ya 15,6%, bu ilin əvvəlindən isə 406,1 mln. manat və ya 6,6% artıb.

 

Depozitlərin tərkibində 5 768,3 mln. manat və ya 50,6% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci il mayın 1-nə nisbətən 1 429,5 mln. manat və ya 33,0%, o cümlədən, bu ilin əvvəlindən 654,9 mln. manat və ya 12,8% artıb.

 

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi mayın 1-nə 5 637,0 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 105,8 mln. manat və ya 1,9%, ilin əvvəlindən isə 51,1 mlın. manat və ya 0,9% artıb.

 

Hüquqi şəxslərin depozitlərinin strukturunda 2 688,6 mln. manat və ya 47,7% maliyyə təşkilatların depozitləri, 2 948,4 mln. manat və ya 52,3% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ОПЕРАЦИЯ ВЫПОЛНЯЕТСЯ