Ötən gün Topaz Premyer Liqasının VII turunda daha bir qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, turun ikinci oyun gününün tək oyunu Zirədə keçirilib.
Premyer Liqanın debütantı “Zirə” “Neftçi”ni qəbul edib.
Ötən mövsümün çempionu və hazırkı lider “Qarabağ”la birlikdə ilk 6 turda yenilməyən iki komandadan biri olan “Zirə” bu seriyasını “ağ-qaralar” qarşısında da davam etdirib.
Matçın gedişində azlıqda qalan "ağ-qaralar" enişli-çıxışlı qrafikini davam etdirərək növbəti məğlubiyyətini alıb.
Debütant hər hissədə vurduğu bir qolla oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.
Topaz Premyer Liqası
VII tur
“Zirə” – “Neftçi” - 2:0
Qol: İvanoviç, 18, Bonilya, 72
Qırmızı vərəqə: Fəhmin Muradbəyli, 47
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Zirə İdman Kompleksinin stadionu
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
"Zirə" |
7 |
4 |
3 |
0 |
7-2 |
15 |
|
2 |
"Qarabağ" |
6 |
4 |
2 |
0 |
11-6 |
14 |
|
3 |
"İnter" |
6 |
4 |
1 |
1 |
5-3 |
13 |
|
4 |
"Qəbələ" |
6 |
4 |
1 |
1 |
10-4 |
13 |
|
5 |
"Neftçi" |
7 |
2 |
3 |
2 |
7-7 |
9 |
|
6 |
"Xəzər Lənkəran" |
6 |
1 |
3 |
2 |
5-5 |
6 |
|
7 |
"Kəpəz" |
6 |
1 |
2 |
3 |
4-6 |
5 |
|
8 |
"Sumqayıt" |
6 |
0 |
4 |
2 |
3-5 |
4 |
|
9 |
AZAL |
7 |
1 |
1 |
5 |
2-8 |
4 |
|
10 |
"Rəvan" |
7 |
0 |
2 |
5 |
4-12 |
2 |