Bakı. Fuad Cəfərov - APA. Bakıda poliklinikanın həyətindən meyit tapılıb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 65-70 yaşlı kişi meyiti rayonun Naxçıvanski küçəsindəki 26 nömrəli Poliklinikanın həyətində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.